
Mahir oynadı, “Dinamo” Avroliqa ilə vidalaşdı
- 25 Fev 2022 00:30
- 526
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda (Xorvatiya) növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, 25 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” komandasına qarşı keçirilən cavab matçının iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana buraxılıb.
Zaqreb “Dinamo”su bu görüşdə 1:0 hesablı qələbə qazansa da, ilk oyunda 1:3 hesabıyla uduzduğu üçün mübarizəni dayandırıb.