Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda ötən gün kollektiv məşqə qatılmayıb.


Rekord.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.


27 yaşlı hücumçu Ondrey Karafiat və Stefanos Tzimasla birlikdə fərdi şəkildə məşq edir.


Mahirin mövsümün sonunda "Nürnberq"dən ayrılacağı dəqiqləşib. Komanda çempionatın sonuncu turunda "Ayntraxt" (Braunşveyq) klubu ilə üz-üzə gələcək. Mayın 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.