Zaqreb “Dinamo”sunda forma geyinən Mahir Emreli “Qarabağ”ı Azərbaycan Premyer Liqasının qalibi olması münasibəti ilə təbrik edib.

Rekord.az xəbər verir ki, millimizin hücumçusu Ağdam klubunun “Sabah”la oyunundan (1:1) sonra “İnstaqram”da paylaşım edib.

O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla da fotosunu paylaşaraq keçmiş komandasını təbrik edib.

Xatırladaq ki, Mahir 2015-2021-ci illərdə “Qarabağ”da çıxış edib.