
Mahir Emreli “Konyaspor”da rəsmi debüt etdi
- 05 Mar 2023 18:00
- 615
Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış fasiləsində keçdiyi Türkiyənin “Konyaspor” klubunda rəsmi debüt edib.
Rekord.az xəbər verir ki, 26 yaşlı hücumçu Super Liqanın 24-cü turu çərçivəsində evdə "Girəsunspor"a qarşı keçirdikləri oyunda start heyətdə meydana çıxıb.
Xatırladaq ki, Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur və "Konyaspor"a cari mövsümün sonunadək icarəyə verilib.