
Maaşının azaldılmasına razı olmadı, "Barselona"dan gedir
- 21 Avq 2022 14:00
- 407
Serxio Busketsin “Barselona”dakı aqibətinə aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, o, rəhbərliyin təklifini qəbul etməyib.
Maaşının azaldılmasına razı olmayan təcrübəli futbolçu mövsümün sonunda klubu tərk edəcək. 34 yaşlı Serxio bir neçə aydan sonra İspaniya yığmasındakı karyerasını başa vurmağı planlaşdırır.
Buskets “Barselona”nın yetirməsidi. O, indiyədək doğma klubu ilə 32 titul qazanıb.