Rusiyanın "Ufa" klubu Şotlandiya "Seltik"inin futbolçusu Bolinqoli Mbombonu icarəyə götürüb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Belçikalı müdafiəçi mövsümün sonuna qədər "Ufa"da çıxış edəcək.

Qeyd edək ki, "Brügge"nin yetirməsi olan Mbombo 2019-cu ildə "Seltik"lə 4 illik müqavilə imzalayıb. O, Belçika millisinin və "Çelsi"nin futbolçusu Romelu Lukakunun əmisi oğludur.