
Lukaku ÇL-də yeni rekorda imza atdı
- 23 Fev 2023 12:30
- 377
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan “Portu” ilə ev oyunu “İnter”in hücumçusu Romelu Lukaku üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri bu görüşdə komandasının qələbə qoluna imza atmaqla qitənin ən nüfuzlu klub turnirində 17-ci fərqlənib.
Nəticədə Lukaku Dris Mertensi (16 qol) qabaqlayaraq, ÇL tarixinin ən məhsuldar belçikalı oyunçusu ünvanını ələ keçirib. Üçüncü pillədəki Kevin De Bruynenin aktivində 12 qol var.