Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunun vətənində yerləşdirildiyi xəstəxanada vəziyyəti ağırlaşıb.


Rekord.az xəbər verir ki, 80 yaşlı mütəxəssisin 2025-ci ilin sonunda ürəyində yaranan problemlər soyuqdəymə nəticəsində daha da kəskinləşib.


Səhhətindəki problemlər səbəbindən Luçesku Rumıniya klublarının Antalyadakı təlim-məşq toplanışını buraxmalı olub. Milliyə namizədləri izləmək üçün Türkiyəyə yollanmağı planlaşdırsa da, hazırda xəstəxanada olan təcrübəli mütəxəssisin durumunun ağırlaşdığı vurğulanıb.


Luçesku 2024-cü ildən Rumıniya millisini çalışdırır.