
“Liverpul”dan Çempionşip klubuna
- 23 İyn 2025 23:24
- 47
İngiltərənin "Liverpul" kollektivinin futbolçusu Nataniel Fillips karyerasını "Vest Bromviç"in heyətində davam etdirəcək.
Rekord.az Çempionşip klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Karyerasının əksər illərini icarə əsasında müxtəlif klublarda keçirən 28 yaşlı oyunçu son olaraq Uels təmsilçisi "Kardiff"in heyətində çıxış edib.