“Liverpul”un hücumçusu Luis Dias sıradan çıxıb.

Rekord.az xəbər verir ki, Kolumbiya millisinin hücumçusu Premyer Liqanın 10-cu turunda “Arsenal”a 2:3 hesabı ilə məğlub olduqları matçın birinci hissəsində dizindən zədələnərək əvəzlənib.

Həkim müayinəsindən sonra 25 yaşlı oyunçunun dekabr ayına qədər yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib.

Xatırladaq ki, daha öncə Trent Aleksander-Arnoldun da zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşmişdi.

“Liverpul” 10 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.