“Liverpul” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Joel Matip sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə Premyer Liqasının 30-cu turunun “Everton”la matçında (0:0) zədələnən Matip mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

“Liverpul” Premyer Liqada sona 6 tur qalmış çempionluğunu rəsmiləşdirib.