Çempionlar Liqasının  1/8 final mərhələsinin "Liverpul" - "İnter" cavab matçı üç dəqiqə yarımlıq dayandırılıb. 

Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna tribunada olan azarkeşlərdən birinin halının pisləşməsi səbəb olub. Stadionun tibb işçiləri ona ilkin tibbi yardım göstəriblər.

Baş verənlərə görə matçda üç dəqiqə yarımlıq fasilə yaranıb və daha sonra görüş davam etdirilib.