"Mançester Yunayted"in futbolçusu Cessi Linqard İngiltərə klubunu tərk etmək fikrində deyil.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı oyunçu karyerasını “Mançester Yunayted”də davam etdirmək istəyir. İngiltərə millisinin üzvü start heyətində yer almaq üçün mübarizə aparmaq niyyətindədir.

Linqardın klubla hazırkı müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Linqard bu mövsüm “Mançester Yunayted”in heyətində 12 oyun keçirib, 2 qol vurub, 1 qolun ötürməsini verib.