İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker Böyük Britaniyanın baş naziri Boris Consonun istefasına ironik reaksiya verib.

Rekord.az xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında belə yazıb:

"Conson gedir? Əvəzinə mövsümün sonunadək Böyük Semi təyin edin".

Qeyd edək ki, Böyük Sem İngiltərə millisinin sabiq baş məşqçisi Sem Ellardaysın ləqəbidir. O, 2016-cı ildə yığmaya baş məşqçi təyin olunmuş və 67 gündən sonra postundan qalmaqalla ayrılmışdı.