Rusiyanın Ukraynaya hücumundan sonra - bu ilin martında "Krasnodar"dan azad agent qimində ayrılan Remi Kabella özünə yeni iş yeri tapıb.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Fransanın "Lill" klubu ilə anlaşıb.

32 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Kabella Rusiya təmsilçisindən gedəndən sonra "Monpelye" ilə anlaşmış, mövsümün sonunadək sözügedən komandanın formasını geyinmişdi. Fransa millisinin sabiq üzvü “Nyukasl”, “Olimpik” (Marsel) və “Sent Etyen”də də çıxış edib.