“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:


“Komandamı, "Sabah" ailəsini təbrik qələbə münasibətilə edirəm. Çox önəmli qalibiyyətdir. Buna ehtiyacımız var idi. Düzdür, daha yaxşı oynaya bilərdik. Matçın sonlarına yaxın bir az əziyyət çəkdik. Futbolçularıma təşəkkür edirəm. Onlar son aylarda çox inkişaf ediblər. İstirahətə yollanacağıq. Yeni ildən sonra mövsümün ikinci yarısına hazırlaşacağıq.


Hələ mövsümün yarısının olması üçün qarşıda bir oyun var. "Qarabağ" çox yaxşı komandadır, məşqçi komandasıdır, Avropada səs-küy yaradıblar. Onların əldə etdiyi uğurları əldə etmək üçün çox inkişaf etməliyik. Biz sadəcə qarşıdan gələn oyunu düşünürük. Hazırda lider olmaq bizə heç bir medal qazandırmır. Böyük uğurlar qazanmaq üçün çox çalışmaq lazımdır.


Həmişə qeyd etmişəm ki, mənim üçün qarşıdan gələn oyun ən önəmlisidir. Hər matçdan sonra məndən "Qarabağ" barədə soruşursuz. Hazırda məni ən çox düşündürən oyun gələn il yanvarın 25-də "Karvan-Yevlax"a qarşı keçirəcəyimiz matçdır”.