"Leypziq" yeni transferini açıqlayıb.

Rekord.az xəbər verir ki, Almaniya klubu "Hoffenhaym"da oynamış David Raumla anlaşıb.

24 yaşlı müdafiəçi 5 illik müqaviləyə qol çəkib. Bu futbolçuya görə "Leypziq" 26 milyon avro ödəyib.

Almaniya millisinin üzvü “Qreyter Fürt”dən 2021-ci ildə “Hoffenhaym”a keçib.