
"Lex"in futbolçusu "Qarabağ"la oyundan yazdı FOTO
- 10 İyl 2022 15:02
- 495
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex"in futbolçusu Amaral İnstaqram hesabında paylaşım edib.
Rekord.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Qarabağ"la ilk görüş (1:0) barədə fikirlərini yazıb:
"Çox vacib qələbə. Bu, hələ başlanğıcdır. İnanılmaz dəstəyinizə görə təşəkkür edirik!".
Qeyd edək ki, səfərdə rəqibinə uduzan (0:1) "Qarabağ" "Lex"lə cavab oyununu iyulun 12-də Bakıda keçirəcək.