
Levandovskidən Rusiyanın təcavüzünə qarşı növbəti etiraz
- 10 Mar 2022 11:45
- 483
Robert Levandovski Rusiyanın Ukraynaya təcavüzünə qarşı növbəti etiraz addımını atıb.
Rekord.az xəbər verir ki, “Bavariya”nın aparıcı futbolçusu “Huawei” şirkəti ilə əməkdaşlığını dayandırıb.
33 yaşlı Robertn belə qərara gəlməsinə “Daily Mail” qəzetində Çin şirkətinin Rusiyada layihə həyata keçirməsi haqda xəbər səbəb olub. “Huawei” bu məlumatı təkzib etsə də, Levandovski qərarından daşınmayıb və şirkətlə müqaviləsini ləğv edib.
Qeyd edək ki, bu, polşalı futbolçunun Ukraynaya növbəti dəstək nümayişidi. O, bir neçə gün əvvəl Almaniya çempionatında meydana bu ölkənin bayrağının rəngləri olan kapitanlıq sarğısı ilə çıxmışdı.