
Levandovski “Real”la oyunu buraxacaq
- 27 Fev 2023 19:30
- 366
İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski zədələnib.
Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb. Polşalı forvard martın 2-də səfərdə "Real”a qarşı keçirəcəkləri İspaniya Kubokunun ilk yarımfinal oyununu buraxacaq.
Levandovskinin martın 19-da La Liqanın 26-cı turunda məhz "kral klubu" ilə görüşdə sıraya dönəcəyi gözlənilir.