"Bavariya"dan "Barselona"ya keçən Robert Levandovski Münhenə yollanıb.

Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu "Barselona" ilə qatıldığı ABŞ turundan qayıtdıqdan sonra Almaniyaya gəlib.

Levandovski Münhenə "Bavariya" ilə, futbolçularla vidalaşmaq üçün səfər edib. Bundan əlavə, Robertin "Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann və idman direktoru Həsən Salihamidziçlə görüşü də nəzərdə tutulub.

Daha əvvəl Levandovski ilə "Bavariya" arasında gərginlik yaranmışdı.