“Barselona”nın hücumçusu Robert Levandovski İspaniyadakı həyatı və futbol haqqında danışıb.

Rekord.az xəbər verir ki, polşalı futbolçu həmişə La Liqada oynamaq istədiyini deyib:

“Burada – İspaniyada azarkeşlər texniki aspektləri Almaniyada olduğundan daha çox qiymətləndirirlər.

Burada elə eyforiya var, bundan həzz alırlar. Mən həmişə La Liqada oynamaq istəyirdim. İspaniyada yaşamaq mənim arzum idi. İndi özümü yenilənmiş hiss edirəm”.

34 yaşlı Levandovski 2022-ci ilin yayında “Bayern”dən 45 milyon avroya “Barselona”ya keçib.

Polşalı hücumçu “Barsa”da keçirdiyi 9 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə verib. ("Futbol plus")