"Bavariya"nın futbolçusu Robert Levandovski tətildən sonra klubun düşərgəsinə qayıdıb.

Rekord.az xəbər verir ki, o, komanda ilə məşqlərdə iştirak edib. Münhen təmsilçisi həmin anlardan sosial şəbəkə hesablarında foto paylaşıb. 

Daha əvvəl Levandovski "Bavariya"dan ayrılaraq, "Barselona"ya keçməyi planlaşdırdığı üçün tətildən sonra kluba qayıtmaq istəmirdi. 33 yaşlı forvard "Barselona"ya keçidinin tezliklə başa çatmasını səbirsizliklə gözləyir. "Barselona" hazırda futbolçunun transferi üzərində işləyir. "Bavariya" onun üçün 50-55 milyon avro tələb edir.

Qeyd edək ki, Levandovski yeni mövsüm "Bavariya"da oynamaq istəmədiyini açıqlayıb. Onun klubla müqaviləsi 2023-cü ilin yayı başa çatır.