
Lerikdə futbol üzrə yeniyetmələr üçün məşqlər
- 23 May 2023 14:45
- 396
Lerik rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində yeniyetmələr üçün futbol idman növü üzrə məşqlər keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirdə futbol idman növü üzrə nümunəvi idman hərəkətləri icra olunub.
Məşqlər Lerik UGİŞM-nin məşqçi müəllimi Elşən Rüstəmovun rəhbərliyi ilə həyata keçirilmişdir.