
Lempart "Mançester Yunayted"lə görüşdə qələbəyə inanır
- 2023-05-25 16:47
- 72
"Çelsi"nin baş məşqçisi Frank Lempart "Mançester Yunayted"lə bu gün keçirəcəkləri oyunla bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, veteran futbolçu qələbəyə inandığını bildirib: "Mançeter Yunayted" usta futbolçulardan təşkil olunan bir komandadır. Böyük əksətiyyət onları favorit sayır və bizim uğur qazanacağımıza inanmır. Futbolçularım məhz bunun əksini sübut etməlidir. Hazırda "Mançester Yunayted"in mübarizə apardığı hədəf uğurunda biz uzun illər mübarizə aparmışıq. İndi fərqli dönəmdəyik, amma yenə də özümüzü sübut etməliyik. Mən komandama inanıram".
Qeyd edək ki, "Çelsi"nin Premyer Liqada heç bir hədəfi yoxdur. "Mançester Yunayted" isə Çempionlar Liqasına vəsiqə verən 4-cü pillə uğurunda "Liverpul"lla amansız mübarizə aparır.