"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"ə (Yunanıstan) qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında çətin rəqibə qarşı mübarizə apardıqlarını bildirib:


“Bizi dəstəkləyən bütün azarkeşlərə öz təşəkkürümü bildirirəm. Hər an bizə öz dəstəklərini nümayiş etdirdilər. Onlar bizi qol buraxdıqdan sonra da tək buraxmadılar. Yaxşı işə imza atdığımızı düşünürəm. Müddət keçdikcə, daha güclü komandaya çevriləcəyik. Zədəli futbolçularımız sıralara döndükdən sonra gücümüzə güc qatacaqlar. Bu gün əsl xarakter nümayiş etdirdik və layiqli qələbə qazandıq. Rəqibin bizə hansı sürprizlər hazırladığını bilirdik".


Tərəflər arasında cavab matçı iyulun 31-də Salonikidə baş tutacaq.