
Laporta Münhendə qələbə qazanacaqlarına inanır
- 27 Noy 2021 12:21
- 667
"Barselona"nın prezidenti Joan Laporta Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Bavariya"ya qarşı keçirəcəkləri oyun haqda danışıb.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Münhen təmsilçisi ilə sonuncu görüşdə yaxşı nəticə qazanacaqlarına inanır:
"Bavariya"nı məğlub etmək bacara biləcəyimiz hədəfdir. Münhendə möcüzə olacaq. Qələbə qazanacağımıza əminəm" - deyə Laporta bildirib.
Qeyd edək ki, "Bavariya" E qrupunda 15 xalla 1-ci, "Barselona" 7 xalla 2-ci pillədə qərarlaşıb. Bu komandalar arasında matç dekabrın 9-u keçiriləcək.