"Bayern Münhen"in və Almaniya millisinin sabiq müdafiəçisi Filipp Lam ölkəsinin yəğmasının da qatılacağı DÇ-2022-yə baxmaq üçün Qətərə getməyəcəyini bəyan edib.

Rekord.az xəbər verir ki, "Kicker" Lamın dediklərini belə çatdırıb:

"Mən nümayəndə heyətinin tərkibində deyiləm və azarkeş qismində Qətərə uçmağa can atmıram. Ən yaxşısı turniri evdə izləməkdir. DÇ-yə ev sahibi seçərkən insan hüquqları əsas götürülməlidir. Qətərin hansı meyarlara əsasən bu hüquqa yiyələndiyini aydınlaşdırmaq lazımdır. Görünən budur ki, seçim zamanı ümumi sabitlik və ölkələrin ölçüsü belə, nəzərə alınmayıb".

Qeyd edək ki, mundial 21 noyabr - 18 dekabr aralığında keçiriləcək.