
La Liqa klubunun baş məşqçisi vəzifəsindən ayrılacaq
- 14 May 2025 21:00
- 35
"Osasuna"nın baş məşqçisi Visente Moreno mövsüm başa çatandan sonra vəzifəsindən ayrılacaq.
Rekord.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Ötən yay La Liqa komandasının "sükanı arxasına" keçən mütəxəssislə bağlanan müqavilənin müddəti cari mövsümün sonunda başa çatacaq.
“Osasuna” 35 turdan sonra 45 xalla La Liqanın turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.