İtaliyanın "La Gazzetta dello Sport" nəşri  Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci mərhələsinin bu gün Bakıda keçiriləcək “Qarabağ” - "Lex" cavab oyunu (ilk oyun - 0:1) haqda yazıb.

Rekord.az xəbər verir ki, nəşr yazıb ki,  Bakıda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsini adlamaq istəyən “Qarabağ”ın oyunu üçün hər şey hazırdır. "Doğma azarkeşlər önündə olacaq klub polşalıların İshakın qolu sayəsində 1:0 hesabı ilə qalib gəldiyi “Lex”lə ilk oyunun nəticəsindən sonra hesabı öz xeyrinə dəyişdirməyə çalışacaq. Polşa çempionu ilk sınağından qalib ayrılıb və hazırkı üstünlüyünü qorumalıdır. "Lex" cavab oyunu öncəsi rəqibi ilə müqayisədə daha yorğundur. Komanda şənbə günü Superkubok matçında "Rakov"la oynayıb və uduzub (0:2). Con van den Brom komandası üçün bu, 7 gün ərzində 3-cü oyun olacaq.

Bakı “Qarabağ”ın qalasıdır. Azərbaycan klubunun öz meydanında sonuncu məğlubiyyəti fevralın 24-də Konfrans Liqasının pley-off mərhələsində “Marsel”ə matça (0:3) təsadüf edib. Bu, prinsipcə, Poznana son səfərə qədər avrokubokda sonuncu oyun idi. Ötən mövsüm Qurbanovun komandası asanlıqla çempionluq qazanıb, həm də ölkə kubokunu penaltilər seriyasında “Zirə”yə qalib gəlib. Konfrans Liqasında “Qarabağ” “Bazel”dən sonra ikinci yeri tutaraq qrup mərhələsini adladı və yalnız bundan sonra fransızlara məğlub oldu.

"Lex" üçün hazırkı performans iki ildən sonra Avropaya qayıdışdır. Polşalıların son beynəlxalq oyunu 2020-ci il dekabrın 3-də Avropa Liqasının qrupunda "Benfika"ya qarşı olub. Komanda qrup mərhələsini cəmi 3 xalla sonuncu pillədə başa vurub. Klub Polşa kubokunun finalında uduzduqları "Rakov"u qabaqlayaraq çempionluğu qazanıb. "Lex" yeddi ildir ki, ölkə kubokunu qazana bilmir.

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə qədər “Qarabağ”la "Lex" heç vaxt bir-birləri ilə qarşılamamlışdı  İlk oyuna qədər Polşa klubu artıq Azərbaycan komandaları qarşısında müsbət göstəriciyə malik idi: 7 qələbə və 1 heç-heçə. Lakin onların rəqibi olan "Qarabağ" heç vaxt Polşa klublarına uduzmamışdı: 4 qələbə və 1 heç-heçə. Kim növbəti mərhələyə yüksəlsə, "Sürix"lə (İsveçrə) qarşılaşacaq. Amma pley-off mərhələsinə qədər 3-cü tur da olacaq. Çempionlar Liqasının qrup mərhələsinə aparan yol uzundur”.