"Real"ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyunu öncəsi danışarkən ilk oyunda Lionel Messinin penalti zərbəsini dəf etməsini xatırlayıb.

Rekord.az xəbər verir ki, "İTASportPress"ə danışan belçikalı qolkiper argentinalının penalti zərbəsini yenidən dəf etməkdən xoşbəxt olacağını bildirib:

"Təbii ki, bu, xoş idi. Ancaq biz bu mərhələdə dayansaq, həmin epizod heç nə ifadə etməyəcək.

Komandanın turnirdə iştirakını davam etdirməsi üçün növbəti dəfə Messinin penalti zərbəsini dəf etməkdən şad olardım".