
Kumandan qovulması ilə bağlı maraqlı açıqlama
- 17 Mar 2022 16:00
- 483
"Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman klubdan qovulmasından necə xəbər tutduğu haqda danışıb.
Rekord.az xəbər verir ki, Kuman təyyarədə olarkən ona qovulduğu haqda məlumat verilib.
O, “Barsa”nın prezidenti Xuan Laportanı qeyri-səmimilikdə ittiham edib:
“Xuan Laporta məni necə qovdu? Elə təyyarədə. Futbolçuların da bizə yaxın, arxamızda olması məni incitdi. Onlar nə baş verdiyini eşitdilər.
Laporta həmişə deyirdi ki, mən "Barselona"nın əfsanəsiyəm. Bilirsiz, sözlərinizi əməlinizlə təsdiqləməlisiz. Amma Laporta qeyri-səmimi oldu”.
Ronald Kuman 2021-ci ilin 28 oktyabrında “Rayo Valyekano”ya məğlubiyyətdən (0:1) sonra istefaya göndərilib.