
Kulibali “Çelsi”də
- 16 İyl 2022 15:43
- 441
“Çelsi” növbəti transferini gerçəkləşdirib.
Rekord.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “zadəganlar” İtaliya “Napoli”sindən Xalidu Kulibalini heyətinə qatıb.
32 yaşlı seneqallı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Kulibali 2014-cü ildən “Napoli”nin formasını geyinirdi.
“Çelsi” daha əvvəl “Mançester Siti”dən ayrılan Rahim Sterlinqi heyətinə qatmışdı.