Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunun 5 futbolçusu koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə “Maritsa” nəşri məlumat yayıb.

“Lokomotiv”in ölkə kubokunun final matçı çərçivəsində ÇSKA-nı məğlub etdiyi oyundan sonra keçirilən çempionluq tədbiri zamanı kütləvi koronavirusa yoluxma faktı qeydə alınıb. Belə ki, “Lokomotiv”in 5 futbolçusu və 50-yə yaxın azarkeşdə virus aşkarlanıb. Plovdiv təmsilçisinin yaxın zamanda bununla bağlı rəsmi açıqlama verməsi gözlənilir.

“Lokomotiv” ölkə kubokunun finalında Sofiya ÇSKA-sını penaltilər seriyasında məğlub edərək (0:0, penaltilər 5:3), kubokun sahibi olub. Matçı stadiondan 12 minə yaxın azarkeş izləyib.