"Real"ın futbolçusu Toni Kroos İngiltərə Premyer Liqasına böyük maaşlar üçün gedən futbolçuları tənqid edib.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi deyib:

“İngiltərədə televiziya hüquqlarının əldə etdiyi gəlir uzun illərdir ki, daha yüksəkdir. Bu, hələ də ingilis klublarının hər bir kuboku qazanması ilə nəticələnmir. Tanrıya şükürlər olsun, bütün oyunçular yüksək maaş axtarmır. Kimsə titullar qazanmaq və futbolçu kimi inkişaf etmək istəyir. Amma yenə də pul üçün Premyer Liqa klublarına keçmək istəyənlər var”.