Futbol üzrə Polşa çempionatında 2022/23 mövsümünə start verilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Lexiya” (Qdansk) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.