
Koxalski "Qarabağ"dan gedir
- 09:57
- 180
Ötən yay Polşa "Stal"ından transfer olunan Mateuş Koxalski "Qarabağ"dan gedə bilər. "Rekord.az" xəbər verir ki, polşalı qolkiperin xidmətində Fransa Liqa 1, İngiltərə Çempionşipi, İsveçrə çempionatı və digər klublar maraqlıdı.
Hələ 2027-ci ilin yayına qədər müqaviləsi olan qapıçıya özü də getmək istəyir. O, ayın əvvəlində dəvət aldığı Polşa millisinin düşərgəsində açıqlama verərək buna işarə vurmuşdu.
Koxalskini transfer etmək istəyən klublar "Qarabağ"a kompensasiya ödəməlidi. Bu məbləğ 1 milyon avro civarındadı.
Yazar haqqında
