UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları start götürüb.

Rekord.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib.

Maltanın “Floriana” komandası səfərdə “Ballkani” (Kosovo) ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan təmsilçilərindən "Zirə” ilk oyuna sabah çıxacaq. Rəqib isə Xorvatiya “Hayduk”u olacaq. “Sabah” – “Petrokub” (Moldova) və “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) matçları isə iyulun 24-də keçiriləcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun

22 iyul

Ballkani (Kosovo) - Floriana (Malta) 4:2