
Konfrans Liqasında da 1/8 finalın püşkü atıldı
- 25 Fev 2022 16:30
- 511
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Rekord.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.
Bu raundda iştirak edəcək komandalar 2 qrupa bölünmüşdülər. Qrup qalibləri səpələnmişlər, pley-off mərhələsindən gələnlər isə səpələnməmişlər səbətində yer almışdılar.
1/8 finalda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzdilər. Öz qruplarını ilk sırada başa vurmuş kollektivlər cavab görüşlərini evdə keçirəcəklər.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk matçları martın 10-da, cavab qarşılaşmaları isə martın 17-də oynanılacaq.
Avropa Konfrans Liqası
1/8 final
Olimpik (Marsel, Fransa) - Bazel (İsveçrə)
Lester Siti (İngiltərə) - Renn (Fransa)
PAOK (Yunanıstan) - Gent (Belçika)
Vitess (Niderland) - Roma (İtaliya)
PSV (Niderland) - Kopenhagen (Danimarka)
Slaviya (Praqa, Çexiya) - LASK (Avstriya)
Bodo Qlimt (Norveç) - Alkmaar (Niderland)
Partizan (Serbiya) - Feyenoord (Niderland)