Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə növbəti raundun cütləri bəlli olub.

Qeyd edək ki, 1/8 finalın oyunları martın 9-da və 16-da keçiriləcək.

Avropa Konfrans Liqası
1/8 final

AEK (Larnaka, Kipr) - “Vest Hem” (İngiltərə)
“Fiorentina” (İtaliya) - “Sivasspor” (Türkiyə)
“Latsio” (İtaliya) - “Alkmaar” (Niderland)
“Lex” (Polşa) - “Yurqarden” (İsveç)
“Bazel” (İsveçrə) - “Slovan” (Slovakiya)
“Şerif” (Moldova) - “Nitsa” (Fransa)
“Anderlext” (Belçika) - “Vilyarreal” (İspaniya)
“Gent” (Belçika) - “Başakşəhər” (Türkiyə)