
Konfrans Liqası: “Zirə” iştirak ərizəsini UEFA-ya göndərdi
- 19 İyl 2025 13:00
- 63
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşacaq “Zirə” iştirak ərizəsini UEFA-ya göndərib.
Rekord.az xəbər verir ki, siyahıya 2-si qapıçı olmaqla, ümumilikdə 21 futbolçunun adı daxil edilib.
Qapıçılar: Aydın Bayramov, Tiaqo Silva;
Müdafiəçilər: Ruan Renato, Mutsinzi Ange, Rövlan Muradov, Elçin Əlicanov, Fuad Bayramov, İssa Cibrilla, Stefan Aka, Qismət Alıyev;
Yarımmüdafiəçilər: İsmayil İbrahimli, George Papunaşvili, Ayron Qomis, Hacıağa Hacılı, Rikardo Quima, Ceyhun Nuriyev, Brahim Konate;
Hücumçular: Davit Volkov, Martins Junior, Vinsent Till, Abdul Aziz Batibye.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.