Bu gün futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Neftçi”nin də rəqibi bəlli olub.

“Ağ-qaralar” Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını üstələyəcəyi təqdirdə, növbəti mərhələdə “Vaduts” (Lixtenşteyn) - “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. “Neftçi”nin cütünün qalibi pley-offdakı ilk matçını səfərdə keçirəcək.

Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 18-də, cavab matçları isə avqustun 25-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

Maribor (Sloveniya)/HJK (Finlandiya) - Şaxtyor (Soliqorsk)/ÇFR Kluj (Rumıniya)

RFS (Latviya)/Hibernians (Malta) – Linfild (Şimali İrlandiya)/Sürix (İsveçrə)

Vikinqur (İslandiya)/Lex (Polşa) – Malmö (İsveç)/Düdelanj (Lüksemburq)

Şemrok Rovers (İrlandiya)/Şkupi (Şimali Makedoniya) - Ballkani (Kosovo)/Klaksvik (Farer adaları)

Zrinski (Bosniya və Herseqovina)/Tobol (Qazaxıstan) – Olimpiakos (Yunanıstan)/Slovan (Bratislava, Slovakiya)

ÇSKA (Sofiya, Bolqarıstan)/Sent Patriks (İrlandiya) - Brondbü (Danimarka)/Bazel (İsveçrə)

Vaduts (Lixtenşteyn)/Konyaspor (Türkiyə) - Neftçi (Azərbaycan)/Rapid (Avstriya)

Spartak (Trnava, Slovakiya)/Rakuv (Polşa) - Slaviya (Praqa, Çexiya)/Panatinaikos (Yunanıstan)

APOEL (Kipr)/Kızıljar (Qazaxıstan) - Sepsi (Rumıniya)/Yurqarden (İsveç)

Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi/Aris (Yunanıstan) – Nitsa (Fransa)

Zarya (Ukrayna)/Universitatya (Krayova, Rumıniya) - Luqano (İsveçrə)/Hapoel (Beer-Şeva, İsrail)

Breydablik (İslandiya)/Başakşəhər (Türkiyə) - Lilleström (Norveç)/Antverpen (Belçika)

Dunayska Streda (Slovakiya)/Styaua (Rumıniya) - Vikinq (Norveç)/Slayqo Rovers (İrlanidya)

AEK (Kipr)/Partizan (Serbiya) - Levski (Bolqarıstan)/Hamrun Spartans (Malta)

Fiorentina (İtaliya) - Tvente (Niderland)/Çukariçki (Serbiya)

Vilyarreal (İspaniya) - Hayduk (Xorvatiya)/Vitoriya (Portuqaliya)

Köln (Almaniya) - Fehervar (Macarıstan)/Petrokub (Moldova)

Vest Hem (İngiltərə) - Viborq (Danimarka)/B-36 Torshavn (Farer adaları)

KuPS (Finlandiya)/Yanq Boyz (İsveçrə) - Payde (Estoniya)/Anderlext (Belçika)

Fənərbaxça (Türkiyə)/Slovaçko (Çexiya) - AİK (İsveç)/Şkendiya (Şimali Makedoniya)

Molde (Norveç)/Kişvarda (Macarıstan) - Volfsberger (Avstriya)/Qzira Yunayted (Malta)

Dandi Yunayted (Şotlandiya)/Alkmaar (Niderland) - Riqa (Latviya)/Jil Visente (Portuqaliya)