UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 6 oyun baş tutub.

“Zirə”nin “Hayduk”la heç-heçə etdiyi gündə Gürcüstan “İberiya”sı Estoniyada “Levadiya”ya uduzub. Ən məhsuldar görüş “Olimpiya” ilə Andorra “İnter”i arasındakı qarşılaşma olub – 4:2.

Mərhələnin qalan görüşləri sabah keçiriləcək. Azərbaycanın bu turnirdəki digər təmsilçiləri – “Sabah”la “Araz-Naxçıvan” da sabah meydana çıxacaqlar.

Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar

23 iyul

Zirə (Azərbaycan) – Hayduk (Xorvatiya) 1:1
Levadiya (Estoniya) – İberiya (Gürcüstan) 1:0
Silkeborq (Danimarka) – Akureyri (İslandiya) 1:1
Olimpiya (Lyublyana, Sloveniya) – İnter (Andorra) 4:2
TNS (Uels) – Differdanj (Lüksemburq) 0:1
Buduçnost (Monteneqro) – Milsami (Moldova) 0:0