Dünən Tovuzda keçirilən "Turan Tovuz" - "Sabah" matçını izləyənlər arasında məhşur "Komedixana" layihəsinin tanınan aktyorları Ənvər Abbasovla Həsrət Həsrətov da var idi.

Rekord.az xəbər verir ki, adıçəkilən şəxslərə Tovuz azarkeşləri tərəfindən böyük maraq var idi.

Belə ki, onların stadionda olduğunu görən insanlar foto çəkdirmək üçün növbəyə düzülmüşdülər. Bunun üçün 15 dəqiqəlik fasilə bəs etməyincə, qalan insanlar matçın başa çatmasını gözləməli oldu. Bəzən eyni anda o qədər insan foto çəkdirmək istəyirdi ki, aktyorlar çətin vəziyyətdə qalırdı. Bununla belə, onlar heç kimin ürəyini qırmayaraq, hamı ilə foto çəkdirmək üçün maksimum səy göstərdilər.