"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis komandasının Azərbaycan Basketbol Liqasının 12-ci turunda NTD ilə matçdakı çıxışından razı qalıb.


Rekord.az xəbər verir ki, litvalı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.


O, beynəlxalq arenadakı çıxışdan sonra fasilənin komandaya müsbət təsir etdiyini bildirib:


"Fasilə oyunçulara faydalı oldu. Çempionlar Liqasında keçirdiyimiz gərgin oyunlardan sonra basketbolçuların bir qədər istirahətə ehtiyacı var idi. Başqa sözlə, komandaya mənəvi olaraq yenilənmə lazım idi. Oyunçuların enerjisini və istəkli olmasını bəyəndim. Ümumilikdə komandanın meydandakı çıxışından razı qaldım".


"Sabah" - NTD matçı birincilərin 121:76 hesablı qələbəsi ilə başa çatıb.