“Komandamız sıxıntılı zamandan keçir”
- 23 Okt 2025 23:30
- 49
“Gəncə”nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının 4-cü turunda "Sabah"a 68:87 hesablı məğlubiyyəti şərh edib.
Rekord.az xəbər verir ki, mütəxəssis bu görüşdə səhvlərə yol verdiklərini vurğulayıb:
"Komandamı meydandakı mübarizəyə görə təbrik edirəm. Zədə səbəbindən heyətimizdə itkilər var. Buna baxmayaraq uşaqlar çox yaxşı mübarizə apardılar. Sona qədər oynadılar, onların hər birinə təşəkkürümü çatdırıram. Sıxıntılı zamandan keçirik. "Sabah" klubuna da avrokubok yarışında canı-könüldən uğurlar arzulayıram".