
Komanda yoldaşını vuran futbolçuya 8 oyunluq cəza
- 20 Avq 2021 17:30
- 530
Türkiyə Super Liqasının 1-ci turu çərçivəsində keçirilən “Girəsunspor” – “Qalatasaray” matçında komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vuran və meydandan qovulan Markaonun cəzası açıqlanıb.
Rekord.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası “Qalatasaray”ın braziliyalı müdafiəçisini 8 oyunluq diskvalifikasiya edib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Markao həm də 21 min türk lirəsi (4200 manat) məbləğində cərimələnib.
“Girəsunspor” – “Qalatasaray” matçı qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.