
Kolumbiya millisinin üzvü İtaliyada klubunu dəyişdi
- 15:45
- 43
Kolumbiya millisinin futbolçusu Xuan Kuadrado İtaliyada klubunu dəyişib.
Rekord.az xəbər verir ki, 37 yaşlı vinger "Atalanta"dan A Seriyasının digər təmsilçisi "Piza"ya keçib.
Bu barədə "Piza"nın mətbuat xidməti məlumat yayıb. Komanda 2025/2026 mövsümündə A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.
Kuadrado daha əvvəl İngiltərədə "Çelsi", İtaliyada "Yuventus", "Udineze", "Leççe", "Fiorentina" və "İnter" kimi klubların formasını geyinib. O, bu müddətdə 6 dəfə İtaliya çempionluğunu, 4 dəfə İtaliya Kubokunu, 2 dəfə İtaliya Superkubokunu, 1 dəfə İngiltərə çempionluğunu və Liqa Kubokunu qazanıb. Hücumçu Kolumbiya millisində meydana çıxdığı 116 oyunda 10 qola müəlliflik edib.