"Liverpul"un baş məşqçisi Yurgen Klopp birlikdə çalışdığı ən yaxşı futbolçunu seçib.

Rekord.az "Bild"ə istinadən xəbər verir ki, o, "Bavariya"nın hücumçusu Robert Levandovskini fərqləndirib: "Düzünü desəm, Levandovskinin əvəzinə başqa bir oyunçunun adını çəkmək ədalətsizlik olardı. O, öz potensialı sayəsində bu səviyyəyə yüksəldi".

Xatırladaq ki, Levandovski Kloppun rəhbərliyi altında 2010-2014 -cü illərdə "Borussiya"da (Dortmund)  oynayıb və bundan sonra "Bavariya"ya keçib.