
Keyn Konfrans Liqasında oynamayacaq
- 19 Avq 2021 14:20
- 527
"Tottenhem"in hücumçusu Harri Keyn Konfrans Liqasının pley-off mərhələsində "Pasuş de Ferreyra"ya qarşı səfər matçında oynamayacaq.
Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, ingilis futbolçu komanda ilə Portuqaliyaya aparılmayıb.
O, optimal formaya qayıtmaq üçün İngiltərədə qalıb.
Harri avqustun 17 -də komanda ilə qrup məşqlərinə yenidən başlayıb.
Qeyd edək ki, "Pasuş de Ferreyra" - "Tottenhem" görüşü sabah keçiriləcək.